AZ

Bu il dünyada taxıl istehlakı artacaq

  2025-2026-cı illərdə dünya taxıl istehlakı 0,8 faiz artaraq 2898 milyon tona çata bilər

Referans xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı məlumat yayib.

Bütövlükdə dünya taxıl istehlakının 0,9 faiz, yemdən istifadənin isə 0,5 faiz artacağı proqnozlaşdırılır.

Taxıl istehsalının 2025/26-cı illərdə istehlakı üstələyəcəyi gözlənilir. Bununla da dünya taxıl ehtiyatlarının əvvəlki mövsümdə qeydə alınan azalmanı qismən kompensasiya edərək, 1,0 faiz artaraq 873,6 milyon tona çatacağı proqnozlaşdırılır.

Hazırkı proqnozlara görə, dünya taxıl ehtiyatlarının istehlaka nisbəti 29,8 faiz səviyyəsində qalacaq.

Təşkilata görə, 2025-26-cı illərdə dünya taxıl ticarəti də 1,9 faiz artaraq 487,1 milyon tona çata bilər.  

Seçilən
161
referans.az

1Mənbələr