AZ

Gəncədə toyda dava:

Gəncədə toy mərasimində mübahisə düşüb, xəsarət alanlar var.

 

"Report" xəbər verir ki, hadisə şəhərin Mahrasa bağı adlanan ərazisində yerləşən şadlıq saraylarının birində qeydə alınıb.

 

1972-ci il təvəllüdlü Kəpəz Əliquliyev və 1983-cü il təvəllüdlü Akif Rüstəmov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Dərhal onlara yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə, hər iki şəxs toyda dava zamanı bıçaqlanıb.

 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər görüblər. 

 

Cinayəti törədən şəxs və ya şəxslərin yerinin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Seçilən
583
30
senzor.az

10Mənbələr