“Spetsiya”ya mayın 30-da və iyunun 2-də keçirilən final oyunlarında ümumilikdə 3:2 hesabıyla üstün gələn “Kremoneze” A seriyasında iştirak hüququ qazandı.
"Football-plus.az" xəbər verir ki, B seriyasında müntəzəm çempionatın yekun turnir cədvəlində ilk iki yeri tutan “Sassuolo” və “Piza” yüksək liqaya birbaşa vəsiqə qazanıblar.
“Kremoneze”nin A seriyasına iki ildən sonra qayıtdığını da qeyd edək. Komanda bu liqanın 2022/23 mövsümünü 20 iştirakçı arasında 19-cu yerdə başa vurmuşdu.
A seriyasına vəsiqə uğrunda pley-off, final: Kremoneze - Spetsiya 0:0, 3:2.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta