AZ

Mövsümün ən yaxşı məşqçisi seçildi

İspaniya La Liqasında 2024/25 mövsümünün ən yaxşı məşqçisi müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, bu nominasiyanın qalibi “Barselona”nı çalışdıran Hans-Diter Flik olub. Bu barədə La Liqanın mətbuat xidməti məlumat yayıb.

Almaniyalı mütəxəssis səsvermədə Dieqo Simeone (Atletiko), Xose Bordalas (Xetafe), Manolo (Espanyol), Ernesto Valverde (Atletik), Manuel Pelleqrini (Betis) və Miçeli (Jirona) qabaqlayıb.

Flik “Barselona”ya mövsüm ərəfəsində baş məşqçi təyin olunub. O, komandanı La Liqa, İspaniya kuboku və İspaniya Superkubokunda qələbəyə daşıyıb.

Seçilən
137
football-plus.az

1Mənbələr