AZ

Tunberqin gəmisi Qəzzaya gedir: Orduya əmr verildi

İsrailin müdafiə naziri İsrael Katz hərbçilərə “Madlin” gəmisinin Qəzza sahillərinə çatmasının qarşısını almaq üçün bütün tədbirləri görməyi əmr edib.

Axar.az xəbər verir ki, Katz bu barədə özünün X səhifəsində yazıb.

“Mən orduya “Madlin” gəmisinin Qəzza sahillərinə çatmasının qarşısını almağı və bunun üçün bütün lazımi tədbirləri görməyi tapşırdım. Antisemit Qreta və onun HƏMAS təbliğatçısı dostlarına açıq şəkildə deyirəm: “Siz geri dönməlisiniz, çünki Qəzzaya çata bilməyəcəksiniz. İsrail Qəzzanın blokadasını yarmaq və ya dənizdə, havada və quruda terror təşkilatlarına yardım göstərmək cəhdinin qarşısını alacaq”, - Katz bildirib.

Qeyd edək ki, “Azadlıq Donanması” koalisiyasının “Madlin” gəmisi humanitar yardımla iyunun 1-də Siciliyadan Qəzzaya doğru yola düşüb. Gəmidə isveçli “ekofəal” Qreta Tunberq də var.

Seçilən
152
axar.az

1Mənbələr