AZ

Azərbaycanlı futbolçu Rusiya Superkubokunun qalibi oldu

Azərbaycan qadın millisinin üzvü Nigar Mirzəliyevanın çıxış etdiyi “Zenit” Rusiya Superkubokunun qalibi olub.

Fanat.Az xəbər verir ki, Sankt-Peterburq təmsilçisi Yekaterinburqda keçirilən final matçında Moskva "Lokomotiv"ini 3:0 hesabı ilə məğlub edib.

Azərbaycanlı müdafiəçi bütün oyunu əvəzolunmadan keçirib.

Qeyd edək ki, tarixində ikinci dəfə Rusiya Superkubokunu qazanan “Zenit” həm də ölkə çempionudur.

Seçilən
111
fanat.az

1Mənbələr