AZ

Moskvada tornado təhlükəsi barədə xəbərdarlıq edildi

BAKI, 8 iyun. TELEQRAF

Rusiyanın paytaxtı Moskvada pis hava və qeyri-sabit atmosfer səbəbindən kiçik tornadoların yaranması riski yüksəkdir.

Teleqraf xəbər verir ki, bu barədə məlumatı TASS yayıb.

KİV bildirir ki, Rusiyanın Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand açıqlamasında belə deyib.

Qeyd edək ki, bu gün Moskva vilayətində gün ərzində ikinci güclü tufan başlayıb.

Hazırda paytaxtda güclü yağış müşahidə olunur. Moskva vilayətinin bəzi yerlərində güclü dolu yağır, külək isə güclənməkdədir.

Seçilən
147
teleqraf.com

1Mənbələr