AZ

O filmdə baş rol oynayacaq – Tanınmış aktrisa ekranlara qayıdır!

Məşhur aktrisa Fahriyə Evcen bir müddətdir ekranlardan uzaq idi. Son olaraq "Alparslan: Büyük Selçuklu" serialında rol alan Evcen yenidən tamaşaçı qarşısına çıxmağa hazırlaşır.

Yenisabah.az xəbər verir ki, Evcenin yeni layihəsi artıq müəyyənləşib. O, bu dəfə "Aşk-ı Memnu" serialındakı rejissor Hilal Saralın rəhbərliyi ilə çəkiləcək yeni serialda baş rolda yer alacaq.

Hazırlıqları davam edən serialın adı hələlik açıqlanmasa da, layihənin mövsüm sonuna qədər yayımlanması planlaşdırılır. Serialda Evcenin partnyoru kimi yer alacaq aktyor isə hələ müəyyən olunmayıb.

Fahriyə Evcenin yeni obrazı və performansı şou-biznes dünyasında maraqla gözlənilir.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
70
yenisabah.az

1Mənbələr