AZ

Millətlər Liqası: 3-cü yerin sahibi bilindi, qalibi penaltilər müəyyənləşdirir - YENİLƏNİR

Bu gün UEFA Millətlər Liqasının qalibi müəyyənləşəcək.

Fanat.Az xəbər verir ki, final mərhələsi Almaniyada təşkil olunan yarışın son günündə həlledici oyunlar keçiriləcək.

Saat 17:00-da 3-cü yer uğrunda baş tutub. Fransa seçməsi Almaniyanı 2:0 hesabı ilə yenərək turnirdəki mübarizəni 3-cü sırada tamamlayıb.

22:45-də isə final qarşılaşması start götürüb. Millətlər Liqasının qalibinin adına "Alyans Arena"da gerçəkləşən Portuqaliya - İspaniya duelində aydınlıq gəlib. Oyunun əsas vaxtı 2:2 hesabı ilə yekunlaşıb. Əlavə edilən 30 dəqiqədə qapılara qol vurulmadığından oyunsonrası penaltilərə ehtiyac duyulub.

UEFA Millətlər Liqası
3-cü yer uğrunda oyun

Almaniya - Fransa 0:2

Qollar: Mbappe, 45+1, Olise, 84
Baş hakim: İvan Krujlyak (Slovakiya)
Ştutqart. "Arena MHP".

Final

Portuqaliya - İspaniya 2:2

Qollar: Mendeş, 26. Ronaldu, 61 - Zubimendi, 21. Oyarzabal, 45
Baş hakim: Sandro Şorer (İsveçrə)
Münhen. "Alyians Arena".

Seçilən
78
fanat.az

1Mənbələr