AZ

Portuqaliya tarixində ikinci dəfə Millətlər Liqasının qalibi oldu

Bu gün UEFA Millətlər Liqasının qalibi müəyyənləşib.

Fanat.Az xəbər verir ki, final mərhələsi Almaniyada təşkil olunan yarışın son günündə həlledici oyunlar keçirilib.

Saat 17:00-da 3-cü yer uğrunda baş tutub. Fransa seçməsi Almaniyanı 2:0 hesabı ilə yenərək turnirdəki mübarizəni 3-cü sırada tamamlayıb.

22:45-də isə final qarşılaşması start götürüb. Millətlər Liqasının qalibinin adına "Alyans Arena"da gerçəkləşən Portuqaliya - İspaniya duelində aydınlıq gəlib. Oyunun əsas vaxtı 2:2 hesabı ilə yekunlaşıb. Əlavə edilən 30 dəqiqədə qapılara qol vurulmadığından oyunsonrası penaltilərə ehtiyac duyulub. Zərbələri daha dəqiq yerinə yetirən Portuqaliya tarixində ikinci dəfə titula sahib çıxıb.

UEFA Millətlər Liqası
3-cü yer uğrunda oyun

Almaniya - Fransa 0:2

Qollar: Mbappe, 45+1, Olise, 84
Baş hakim: İvan Krujlyak (Slovakiya)
Ştutqart. "Arena MHP".

Final

Portuqaliya - İspaniya 2:2 (penaltilər 5:3)

Qollar: Mendeş, 26. Ronaldu, 61 - Zubimendi, 21. Oyarzabal, 45
Baş hakim: Sandro Şorer (İsveçrə)
Münhen. "Alyians Arena".

Seçilən
70
fanat.az

1Mənbələr