BAKI, 9 iyun. TELEQRAF
Bazar günü Kaliforniyanın Los-Anceles şəhərində qanunsuz miqrantların kütləvi saxlanmasına qarşı keçirilən etiraz aksiyaları zamanı iki polis əməkdaşı yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə yerli polis orqanları məlumat yayıb.
Qeyd edilir ki, iki motosikl kordonu yarmağa çalışıb. Nəticədə iki polis əməkdaşı yaralanıb. Hər iki sürücü saxlanılıb. Hazırda polis əməkdaşlarına hadisə yerində tibbi yardım göstərilir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları Los-Ancelesin əsas magistral yolunun açılmasına çalışırlar, yolun bir hissəsi nümayişçilər tərəfindən bağlanıb. Yerli medianın məlumatına görə, etirazçılar polis əməkdaşları ilə toqquşur, onlara şüşə və daş atır.
İğtişaşçılar ən azı beş avtomobili yandırıblar.
Los-Anceles meri Karen Bass mətbuat konfransında bildirib ki, eskalasiya federal hökumətin hərəkətləri, o cümlədən ABŞ prezidenti Donald Trampın Los-Ancelesdəki etirazları yatırtmaq üçün Kaliforniya Milli Qvardiyasını göndərmək qərarı ilə bağlıdır.