AZ

Kaliforniyanın qubernatoru Trampı məhkəməyə verəcək

Bakı. Trend:

Kaliforniya ştatının qubernatoru Gevin Nyusom ABŞ prezidentiDonald Trampı məhkəməyə verməyə hazırlaşır. Qubernatorun etirazınasəbəb Trampın Los-Ancelesə Milli Qvardiyanın səfərbər olunması iləbağlı qərarı olub.

Trend xəbər verirki, bu barədə qubernator özü MSNBC telekanalına verdiyi müsahibədədanışıb.

“O, Milli Qvardiyaya rəhbərliyi öz üzərinə götürdüyünü elanetdikdən bəri vəziyyəti daha da gərginləşdirir — bu, qanunsuz biraddımdır, əxlaqsız bir addımdır, konstitusiyaya zidd bir addımdır.Biz sabah bu nəzəriyyəni məhkəmə yolu ilə yoxlayacağıq”, — deyəNyusom vurğulayıb.

Kaliforniyanın başçısı əlavə edib ki, Tramp Milli QvardiyanınLos-Ancelesdə yerləşdirilməsi ilə bağlı qərarı ilə “məşhur kibritialışdırıb”.

Ştat rəhbərinin sözlərinə görə, prezidentin bu cür addımlarıştatların qubernatorları ilə razılaşdırılmalıdır, lakin Tramp beləetməyib.

Daha əvvəl Nyusom ABŞ-nin müdafiə naziri Pit Heqsetdən MilliQvardiyanın yerləşdirilməsi barədə qərarın ləğvini tələbetmişdi.

Məqalədə:
Seçilən
288
41
az.trend.az

10Mənbələr