BAKI, 9 iyun. TELEQRAF
Kaliforniya qubernatoru Qevin Nyusom ABŞ Prezidenti Donald Trampın Los-Ancelesdə Milli Qvardiyanı yerləşdirməsi qərarına görə məhkəməyə müraciət edəcəyini açıqlayıb.
Teleqraf xəbər verir ki, Qevin Nyusom MSNBC telekanalına verdiyi müsahibədə Trampın Milli Qvardiyanın rəhbərliyini öz üzərinə götürməsini qanunsuz, konstitusiyaya zidd və əxlaqsız addım kimi qiymətləndirib.
Qubernator bildirib ki, prezidentin belə qərarları əvvəlcədən dövlət qubernatorlarının razılığı ilə həyata keçirməsi zəruridir: “Tramp bu proseduru pozaraq vəziyyəti daha da gərginləşdirib. Biz bu məsələ ilə bağlı hüquqi yolla mübarizə aparacağıq”.
Qubernator, həmçinin qeyd edib ki, o, Müdafiə Naziri Pit Heqsetdən Milli Qvardiyanın Los-Ancelesə yerləşdirilməsi qərarını ləğv etməsini tələb edib