AZ

DÇ-2026: İtaliya, Xorvatiya və Belçikanın ev sınağı - YENİLƏNİR

Bu gün DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyunlar keçiriləcək.

Fanat.Az xəbər verir ki, 4-cü tur çərçivəsində İ, J və L qruplarında ümumilikdə 6 qarşılaşma baş tutacaq.

Günə Qazaxıstan və Şimali Makedoniya komandaları arasında görüşlə start veriləcək. Matç Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. Digər oyunlar isə 22:45-də başlayacaq. 
İ qrupunda İtaliya seçməsi doğma meydanda Moldova ilə üz-üzə gələcək. Gecənin Belçika - Uels və Xorvatiya - Çexiya görüşləri böyük maraq doğurur.

Qeyd edək ki, Azərbaycan millisi D qrupunda Fransa, İslandiya və Ukrayna yığmaları ilə mübarizə aparacaq. Millimiz seçmə mərhələyə sentyabrda start verəcək. 

DÇ-2026
Seçmə mərhələ, Avropa zonası
9 iyun

I qrupu

22:45. İtaliya – Moldova
22:45. Estoniya – Norveç

Xal durumu: Norveç - 9, İsrail - 6, Estoniya - 3, İtaliya - 0, Moldova - 0.

J qrupu

18:00. Qazaxıstan – Şimali Makedoniya
22:45. Belçika – Uels

Xal durumu: Uels - 7, Şimali Makedoniya - 5, Qazaxıstan - 3, Belçika - 1, Lixtenşteyn - 0.

L qrupu

22:45. Xorvatiya ­– Çexiya
22:45. Farer adaları – Cəbəllütariq

Xal durumu: Çexiya - 9, Monteneqro - 6, Xorvatiya - 3, Farer adaları - 0, Cəbəllütariq - 0.

Seçilən
54
fanat.az

1Mənbələr