AZ

Mer saxlanıldı

Rusiyanın Krasnoyarsk şəhərinin meri Vladislav Loginov saxlanılıb.

 

Bu barədə yerli KİV hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

 

Bildirilib ki, Krasnoyarsk meri rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.

 

Mer saxlanılandan sonra Krasnoyarsk administrasiyasında axtarışlar aparılır.

 

Barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün Loginovun Moskvaya "etap" olunacağı bildirilib.

 

Qeyd edək ki, Krasnoyarsk Rusiyanın altıncı, Sibir regionunun isə ən böyük şəhəridir.

 

APA

Tarix: 9 İyun 2025, 10:22   
Seçilən
82
pravda.az

1Mənbələr