AZ

Los-Anceles iğtişaşlarında xarici müxbir güllələnib

Bakı. Trend:

ABŞ-nin Kaliforniya ştatında Los-Ancelesdəki etirazlarıişıqlandıran Avstraliyanın “9News” telekanalının xüsusi müxbirireportaj zamanı iğtişaş polisi tərəfindən ayağından güllələnib.

Trend xəbər verirki, hadisənin görüntüsünü telekanal yayımlayıb.

"Los-Ancelesdə keçirilən etiraz aksiyalarından reportajhazırlığı zamanı "9News"un reportyoru Loren Tomasi rezin güllə iləaçılan atəş nəticəsində xəsarət alıb. Hazırda jurnalist və onunlabirlikdə çalışan operator təhlükəsiz şəraitdədir, onlar hadisələrinişıqlandırılmasını davam etdirəcəklər".

Telekanal qeyd edib ki, bu hadisə, jurnalistlərin etirazların öncəbhəsindən məlumat verərkən üzləşə biləcəyi təhlükələrin sərt birxatırlatmasıdır.

Los-Ancelesdə artıq üçüncü gündür ki, etirazlar və kütləviiğtişaşlar səngimək bilmir. Aksiya iştirakçıları qanunsuzmiqrantların kütləvi şəkildə saxlanılmasına qarşı etiraz edir. AğEvin aparat rəhbərinin müavini Stiven Miller bu nümayişləri və başverən iğtişaşları üsyan adlandıraraq, Los-Anceles polisininmövqeyini tənqid edib.

Belə ki, şəhərin polis rəisi miqrantların kütləvideportasiyasında iştirakdan imtina edib. Ağ Ev rəhbəri Donald Trampbunun əvəzində iğtişaşların yatırılması üçün üçün şəhərə 2 minmilli qvardiya əsgərinin göndərilməsi barədə göstəriş verib.

Məqalədə:
Seçilən
71
az.trend.az

1Mənbələr