Bakı. Trend:
Respublikanın bölgələrində fermerlər arpa biçinini itkisizhəyata keçirərlərsə, onlar hər hektar üzrə təxminən 100–150 manatəlavə qazanc əldə edə bilərlər.
Bu sözləri Trend-ə açıqlamasında Azərbaycan ToxumçularAssosiasiyasının sədri Mədinə Əliyeva deyib.
O bildirib ki, biçində itkisiz məhsul yığımı taxıl istehsalındaməhsuldarlığın qorunması və gəlirin artırılması üçün çoxvacibdir.
Sədrin sözlərinə görə, düzgün vaxtda, düzgün texnika ilə vədüzgün qaydada aparılan biçin zamanı dənlərin yerə tökülməsi,əzilməsi və ya havaya sovrulması kimi itkilər xeyli azalır:
“Respublikanın bölgələrində arpa biçini davam edir. İlkinmərhələdə dəmyə ərazilərdə aparılmış əkin sahələrində arpa biçininəbaşlanılıb. Düzgün vaxtda biçildikdə taxılın rütubət səviyyəsi14–16%, gec biçildikdə rütubət 18–20%-ə çatır, bu isə saxlamazamanı göbələk riskini artırır. İtkisiz biçin fermerə hektara görətəxminən 100–150 AZN əlavə qazanc gətirə bilər. 50 ha sahəsi olanfermer üçün bu, 5.000–7.500 AZN əlavə gəlir deməkdir".
Toxumçular Assosiasiyasının sədri biçində itkisizliyi təmin edənəsas amilləri də sadalayıb:
“İlk növbədə fermerlər biçin üçün düzgün vaxt seçiminə diqqətetməlidirlər. Taxıl tam yetişdikdən sonra (sarımtıl və sərt dənmərhələsi) biçilməlidir. Gecikmiş biçin dənlərin torpağa tökülməsiilə sahə itkisinə səbəb olur.
Bundan başqa, fermerlərin diqqət etməli olduqları əsasməqamlardan biri də kombaynların düzgün tənzimlənməsidir. Belə ki,tamburun dövrəsi, boşluqlar və süpürgə sistemi sahənin və taxılınnövünə uyğun qurulmalıdır. Sürət çox olarsa, səpələnmə və əzilməartar; az olarsa, məhsul yığımı zəifləyər.
Həmçinin prosesdə kifayət qədər təcrübəli operatorların iştirakıvacibdir. Biçin texnikasını idarə edən şəxslər təcrübəli vədiqqətli olmalıdır. Qeyri-peşəkar idarəetmə zamanı dəni əzilmə vədağılma halları artır.
Eyni zamanda texniki nasazlıqların vaxtında aradan qaldırılmasıməhsuldarlığa təsir göstərən amillərdəndir. İstifadə olunantexnikada davamlı baxım aparılmalı, kəsici bıçaqlar itilənməlidir.Süzgəc və daşıyıcı qurğular zədəlidirsə, dən itkiyə gedəbilər”.
M.Əliyeva biçində itkisizliyi təmin edən digər amillər kimibunları qeyd edib:
“Sahədə çalışan texnika və işçilər bir-biri ilə koordinasiyalıişləməlidir. Məsələn, kombaynın arxasınca taxıl daşıyan qoşqudərhal gəlməlidir. Gecikmə məhsulun sahədə qalmasına və itkisinəsəbəb olur.
Fermerlər biçin zamanı və sonrası nəzarətə ciddi fikirverməlidirlər. Biçin gedərkən arxadan yoxlamaqla tarlada qalan dənmiqdarı təyin olunmalıdır. Əgər torpaqda çox sayda dən varsa, bu,tənzimləmələrin düzgün olmadığını göstərir.
Eyni zamanda saman, ot və digər yan məhsullar da düzgün yığılsa,iqtisadi fayda artar və əlavə itkilərin qarşısı alınar”.
M.Əliyeva bildirib ki, itkisiz biçin yalnız texniki vasitələrdəndeyil, zamanlama, idarəetmə, əməkdaşlıq və nəzarət kimi bir sıraamillərdən asılıdır. O vurğulayıb ki, müasir texnologiyalardan vətəcrübəli heyətdən istifadə bu baxımdan xüsusi əhəmiyyətdaşıyır.
“Biçinə düzgün əməl edildikdə məhsul da, zəhmət də, gəlir dəqorunur”, - deyə sədr fikirlərini yekunlaşdırıb.