ABŞ və Avstraliyadan olan bir qrup alim xərçəngə qarşı dərman hazırladıqlarını elan edib.
Məlumatlara görə, "AMG 510” adı verilən dərmanın şişləri azaltdığı, onların inkişafına mane olduğu və parçalayaraq yox etdiyi bildirilir. Bu dərmanı alimlər ilk olaraq siçanlar üzərində test ediblər və müsbət cavab alıblarBundan sonra ağciyər xəstəsi olan dörd insan da bu təcrübəyə cəlb edilib. Altı həftəlik müalicədən sonra onların ikisində şişlər əhəmiyyətli dərəcədə azalıb, dərmanın metastazın yayılmasının qarşısını aldığı müəyyən olunub.
www.anews.az