Hacıqabulda oğurluq edən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan Regional qrupundan Trend-ə verilən məlumata görə, oktyabrın 28-də Hacıqabul rayonu Muğan qəsəbə sakini Şöhrət Zeynalov Hacıqabul Rayon Polis Şöbəsinə müraciət edərək ona məxsus mağazadan 450 manat pulun oğurlanması ilə bağlı məlumat verib.
Bununla yanaşı rayon ərazisində vətəndaşa məxsus nar bağından oğuluq etməkdə şübhəli bilinən Hacıqabul rayonu Axtaçı-Şirvan kənd sakini Davud Heydərov, restoranların birindən su borularını oğurlamaqda şübhəli bilinən rayon sakini Vüsal Şiralıyev saxlanılıb.
Faktlarla bağlı Hacıqabul RPŞ-də araşdırma aparılır
www.anews.az