Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Hilal” hücumçu axtarışlarını davam etdirir.
Futbolpress.az xəbər verir ki, Viktor Osimhenlə razılaşa bilməyən Riyad klubunda əsas hədəf Viktor Qyökereş olub. Bu barədə “Foot Mercato” nəşri məlumat yayıb.
“Əl Hilal” “Sportinq”dəki çıxışı ilə diqqətləri üzərinə çəkən isveçli hücumçunu transfer etmək niyyətindədir. 27 yaşlı futbolçu ilə “Çelsi”, “Arsenal” və “Mançester Yunayted” də maraqlanır.
Qyökereş başa çatan mövsümdə “Sportinq”lə 52 oyunda 54 qol vurub.