Azərbaycanın gənc boksçuları Gürcüstanın Poti şəhərində keçirilən beynəlxalq turnirdə 7 medal qazanıblar.
Fanat.Az Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, millinin heyətində Bilalhəbaşi Nəzərov (50 kq), Zidan Hümbətov (55 kq) və Məhəmməd Cəfərov (+90 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Yalnız finalda uduzan Sübhan Babayevlə (57 kq) Hüseyn Hüseynli (90 kq) gümüş medala yiyələniblər.
Nihat Qasımov (50 kq) və Rza Rzayev (75 kq) isə turniri bürünc mükafatla başa vurublar.