AZ

Rusiya rəsmisi Yerevanda etirazla qarşılanıb

Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko Ermənistanda etirazla qarşılanıb.

Fəallar Ermənistan parlamentinin qarşısına toplaşıblar. Onlar əllərində Ermənistan və Avropa bayraqları tutublar.

Etirazçılar "Rusiya sülh keşikçisi deyil, Rusiya alverçi, "Rusiya xəyanətkar", "Rədd olun Ermənistandan" kimi şüarlar səsləndiriblər.

Ermənistanın müttəfiqi Rusiyaya münasibəti İkinci Qarabağ müharibəsindən sonra pisləşib. Yerevan müharibədə qalib gəlmiş Azərbaycan hərbçilərinin Ermənistan ərazisində mövqe tutmasına müttəfiqinin münasibətindən narazı qalıb.

Azərbaycan Ermənistanda mövqe tutması iddialarını rədd edir.

Bəzi fəallar Valentina Matviyenkonun ölkəyə gəlişinə etiraz etsə də, parlament sədri Alen Simonyan onu aeroportda gül-çiçəklə qarşılayıb və Yerevanda müşayiət edib.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Video açılmırsa, YouTube kanalımızda izləyin.

Seçilən
212
50
bbc.com

10Mənbələr