Dağdan Arana qayıdan xırdabuynuzlulara canavar hücum edib
"Qafqazinfo”nun xəbərinə görə, yırtıcılar 4 baş heyvanı parçalayıb, 6-sını yaralayıb. Hadisə Yevlax rayonuna yaxın Qazandağı deyilən ərazidə baş verib. Yırtıcılar yaylaqdan qayıdan 400-dən artıq heyvana gecə vaxtı hücum edib.
Qeyd edək ki, qoyun sürüsünü çobanlar Qoşqar dağından Aran bölgəsinə Yevlaxın Tanırqullular kəndinə gətirən zaman baş verib.
www.anews.az