"Bavariya" PSJ-nin futbolçusu Bredli Barkolya ilə maraqlanır.
Offsideplus.az xəbər verir ki, bu barədə "Sky DE" məlumat yayıb.
Barkolya son zamanlar əsas heyətdəki yerini Dezire Dueyə itirib.
O, buna baxmayaraq son mövsümdə 57 oyunda 21 qol vurub və 19 məhsuldar ötürmə edib.
Transfermarkt portalına görə 22 yaşlı vingerin dəyəri 70 milyon avrodur.