Portuqaliya millisi ilə Millətlər Liqasının qalibi olan Vitinya diqqət mərkəzinə düşüb.
Publika.az xəbər verir ki, 8 gün ərzində 2 kubok qazanan (red – mayın 31-də Çempionlar Liqasının qalibi olub) portuqaliyalı yarımmüdafiəçi ilə bağlı UEFA-nın mətbuat xidməti paylaşım edib. Qurumun sosial şəbəkələrində onun kubokları başının üstünə qoyaraq sevinməsini əks etdirən fotolar yayımlanıb.
Qeyd edək ki, Portuqaliya finalda İspaniyanı məğlub edib – 2:2, pen-5:3. Mayın 31-də isə Vitinyanın çıxış etdiyi PSJ “İnter”i beş cavabsız qolla üstələyib. Maraqlıdır ki, hər iki görüş “Allyans Arena”da baş tutub.