...Amerikalı alimlər ölüm ayağında olan insanın ətrafında baş verənləri eşitməyə davam etdiyini bildiriblər.
SİA-nın məlumatına görə, bu, ensefaloqramma məlumatlarının dekodlanmasından sonra müəyyən edilmişdir. Fiziki ölüm baş verdikdən sonra insan eşitməyə davam edir. Bu, ölmək üzrə olan insanın ensefaloqrammasını tədqiq edən amerikalı alimlərin gəldiyi nəticələrdir.Tədqiqat göstərdi ki, insan şüuru tədricən zəifləyir. Əvvəlcə ürək dayanır, sonra isə oksigen çatışmazlığından beyin ölür. Ancaq huşsuz vəziyyətə baxmayaraq, ölmək üzrə olan beyin eşitdiklərini qeyd etməyə davam edir.
İndi elm adamları ölməkdə olan insanın eşitdiyini anlaya bilib-bilməyəcəyini öyrənmək istəyirlər.
...Bu ilk parıltı insanlar ölərkən onlarla danışmağa davam etməli olduğumuz fikrini təsdiqləyir, -deyə ekspertlər cavab veriblər.
Nazlı Almuradova