ÇSKA-nın baş məşqçisi Marko Nikoliç vəzifəsindən ayrılıb.
Rusiya mətbuatının iddiasına görə, mütəxəssis bu barədə qərarı özü verib və tezliklə cəmi bir mövsüm çalışdığı Moskva təmsilçisini başqa həmkarının ixtiyarına buraxıb Onun yeni iş yerinin AEK (Yunanıstan) olduğu iddia edilir.
"Football-plus.az" "Championat.com"a istinadla xəbər verir ki, ÇSKA rəhbərliyi artıq bir neçə mütəxəssislə danışıqlara başlayıb.
Klubun baş məşqçi postuna namizədlər siyahısında "Sabah"ın çalışdırıcısı Vasili Berezutski də var. Ancaq izdivacın baş tutması yönündə ehtimallar özünü doğrultmaya bilər. Ona görə ki, Masazır təmsilçisinin ölkə kubokunun finalında "Qarabağ"ı məğlub edərək (3:2) Avropa Liqasına vəsiqə qazanması baş məşqçiylə bağlı yekun qərara müsbət təsir edib. Dəqiq desək, klub rəhbərliyi yola Berezutskiylə davam etmək niyyətindədi. Rusiyalı həmkarlarımız bu üzdən ÇSKA-nın arzusunun reallaşmayacağını bildirir.
Maraq üçün qeyd edək ki, Berezutski daha əvvəl Niderlandın “Vitess” (2018-19), Rusiyanın ÇSKA (2020-21, 2022), “Krasnodar” (2021-22), həmçinin Çinin “Şanxay Şenxua” (2023-24) klublarında köməkçi məşqçi kimi fəaliyyət göstərib. Xatırladaq ki, "Sabah" ötən ilin noyabrında mütəxəssislə 2,5 illik müqavilə imzalayıb.
KƏNAN BAHADIR
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta