Azərbaycan milli komandası bu gün növbəti yoldaşlıq oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, Fernandu Santuşun baş məşqçi olduğu kollektiv Bakıda Macarıstan yığmasını qəbul ecəcək.
Mərdəkandakı "Liv Bona Dea Arena"da təşkil olunacaq oyun saat 20:00-da başlanacaq. Qarşılaşmanı Viktor Şimusikin rəhbərliyi altında belaruslu hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, Azərbaycan millisi iyunun 7-də səfərdə Latviya ilə qarşılaşmada qolsuz heç-heçə edib.
Yoldaşlıq görüşü
10 iyun
20:00. Azərbaycan - Macarıstan
Hakimlər: Viktor Şimusik, Sergey Kasavets, Anton Qusev (hamısı Belarus), Cavid Cəlilov (Azərbaycan).
Mərdəkan. "Liv Bona Dea Arena".