AZ

Pirallahıda borudan qara maye püskürür — VİDEO

Pirallahı rayonunda boru partlayıb.

Demokrat.az xəbər verir ki, bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub. 

Görüntülərdən məlum olur ki, borudan naməlum qara maye yüksək təzyiqlə püskürür.

Hadisənin dəqiq səbəbi məlum olmasa da, ərazinin neft-qaz sahəsinə yaxınlığı bu borunun sənaye məqsədli olduğunu göstərir.

Bildirilib ki, 3 gündür eyni hal yaşanır, lakin aidiyyəti qurumlardan əraziyə gəlib baxan olmayıb və əraziyə pis qoxu yayılıb.

 
Seçilən
83
37
demokrat.az

10Mənbələr