Mayın 28-də Azərbaycan Muay Tay Federasiyasının prezidenti, Türkiyənin Antalya şəhərində bıçaqlanan Araz Musayev hadisə ilə bağlı yeni görüntülər yayımlayıb.


Federasiya rəhbəri sosial şəbəkə hesabında paylaşdığı videoda ona qarşı sui-qəsd cəhdini həyata keçirməkdə şübhəli bilinən şəxslərin hadisə yerindən qaçdıqlarını göstərən kadrların yer aldığını bildirib.


Qeyd edək ki, sözügedən şəxslər artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıblar.

Həmin görüntüləri təqdim edirik: