Bakı. Trend:
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri iləiyunun 9-da ümumi çəkisi 26,6 kiloqramdan artıq narkotik vasitə,717 ədəd psixotrop tərkibli həb və kultivasiya yolu iləyetişdirilmiş 15 ədəd çətənə kolu götürülüb.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindənməlumat verilib.
Bildirilib ki, yabanı halda bitmiş 6,4 tona yaxın çəkidə 34500ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davametdirilir.