AZ

Modriç tarixə düşdü

Xorvatiya millisinin kapitanı Luka Modriç dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində qol vuran ən yaşlı futbolçu olub.

Msport.az xəbər verir ki, o, DÇ-2026-nın seçmə mərhələsində Çexiya ilə görüşdə (5:1) penaltidən qol vurub.

39 yaş 9 aylığında fərqlənən Modriç dünya çempionatının seçmə mərhələsində qol vuran ən yaşlı avropalı futbolçu olub.

Qeyd edək ki, əvvəlki rekord Bosniya və Herseqovina millisinin hücumçusu Edin Dzekoya məxsus idi. O, 39 yaş 2 aylığında olarkən, iyunun 7-də San Marino ilə matçda (1:0) fərqlənmişdi.

Seçilən
67
26
msport.az

10Mənbələr