AZ

"İtaliya millisində vəziyyəti dəyişə bilmədim" - Spalletti istefasından danışdı

Luçano Spaletti İtaliya millisinin baş məşqçi postundan getməsinə münasibət bildirib.

Fanat.Az xəbər verir ki, "Tuttomercatoweb" italiyalı məşqçinin dediklərini belə çatdırıb: 

"Kim gəlirsə, istədiyini edəcək. Görək kimi seçəcəklər. Bu gün tamaşaçıların səsi eşidilsə də, təbii ki, biz o qədər də həvəs yaratmırıq. Futbolçular və məşqçi vəziyyəti dəyişə bilməlidir. Təəssüf ki, mən bunu edə bilmədim".

DÇ-2026-nın seçmə mərhələsində Moldova ilə qarşılaşma (2:0) Spalettinin İtaliya millisinin baş məşqçisi kimi sonuncu oyunu olub. 66 yaşlı mütəxəssis 2023-cü ildən milliyə rəhbərlik edirdi.

Mirağa

Seçilən
65
fanat.az

1Mənbələr