Ajans.az xəbər verir ki, media İmamoğlu ilə Kılıçdaroğlu arasında həmin gecə baş tutmuş telefon danışığının səs yazısını yayıb. Səs yazısında İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun Kılıçdaroğluna necə və nə vaxt geri çəkilməyin daha uyğun olacağı ilə bağlı təkliflər verdiyi eşidilir. İmamoğlu, Kılıçdaroğlunun yazılı ərizə ilə yarışdan çəkilməsinin mümkün olduğunu və bu barədə ictimaiyyətə açıqlama verilə biləcəyini bildirib. Hadisə sosial mediada geniş rezonans doğurub. CHP-yə yaxın bəzi şəxslər səs yazısının birtərəfli və qanunsuz şəkildə qeydə alındığını bildirib, bunun İmamoğlunun imicinə zərər vurduğunu qeyd ediblər.