AZ

“Barselona”nın bəyənmədiyini Madrid nəhəngi ALDI

İspaniyanın "Atletiko Madrid" klubu yeni futbolçu transfer edib.

Milli.Az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Madrid nəhəngi "Barselona"dan Kleman Lanqleni sıralarına qatıb.

Fransalı futbolçu ilə 2028-ci ilin yayınadək müqavilə bağlanıb. 28 yaşlı müdafiəçi son mövsümü də icarə əsasında "Atletiko"nun heyətində keçirib.

Xatırladaq ki, Lanqle 2018-ci ildə "Barselona"ya transfer olmuşdu.

Hüseyn
Milli.Az

Seçilən
86
12
milli.az

10Mənbələr