“2025-ci ilin iyun ayından etibarən ilin ən şanslı bürclər su və torpaq ünsürü bürclər olacaq”.
Tribunainfo.az xəbər verir ki, bu barədə azərbaycanlı astroloq Aytən Salami məlumat verib.
Astroloqun sözlərinə görə, qarşıdakı bir il ərzində çox böyük şanslar və fürsətlər sizinlə olacaq.
Şans və bolluq-bərəkət planeti olan Yupiter Xərçəng bürcünə keçid edir. Xərçənglər, qarşıdakı bir il ərzində ruzi-bərəkət sizi gözləyir.
Həmçinin Şimal Ay düyümü tutulmaları Balıqların evində baş verəcək. Balıqlar, siz bu ilin ən şanslı bürcləri sırasındasınız.
Əqrəblər, sizin bu dost bürcünüzdə baş verən möhtəşəm kombinasiyalar sizin üçün də şans və uğur gətirəcək.
BUĞA, Oğlaq və Qız bürcləri, su ünsüründə baş verən bu möhtəşəm planet keçidləri qarşıdakı bir il ərzində sizlər üçün şans, fürsət və uğur gətirəcək.
Dəniz Pənahova