AZ

Almaniya kəşfiyyatı Putinin təhlükəli planı barədə xəbərdarlıq etdi

BAKI, 10 iyun. TELEQRAF

“Kreml sahibi Vladimir Putin üçün Ukrayna ilə danışıqlar diktə və kapitulyasiya tələbindən başqa bir şey demək deyil. Ukrayna Rusiya üçün öz təcavüzkar təsir imkanlarını Qərbə doğru genişləndirmək planının bir hissəsidir”.

Teleqraf xəbər verir ki, bunu Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) direktoru Bruno Kal deyib.

“Putinin bu problemə son qoymaq üçün fikrini və ya aqressiv yanaşmasını dəyişdiyini düşünmək üçün heç bir əsas yoxdur. Putinin anlayışına görə, Ukrayna ilə danışıqlar diktədir. İstanbulda təqdim olunan son sənəd kapitulyasiyanın tələb olunduğuna dair ən yaxşı sübutdur”, - BND rəhbəri deyib.

B.Kal həmçinin Rusiyadan gələn təhlükəni ciddiyə almaq barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, bu, NATO-nu 1990-cı illərin sonundakı vəziyyətə qaytarmaq və ABŞ-ni Avropadan qovmaq məqsədi daşıyır.

“Biz tamamilə əminik və bunu dəstəkləmək üçün kəşfiyyat məlumatımız var, Ukrayna Qərbə gedən yolda sadəcə bir addımdır” – Almaniya kəşfiyyatının rəhbəri vurğulayıb.

Seçilən
82
50
teleqraf.com

10Mənbələr