Terrorçuluq barədə bilə-bilə yalan məlumat verməkdə təqsirləndirilən Cəmaləddin Cəfərovun cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror təqsirləndirilən şəxsin 6 il 6 ay azadlıqdan məıhrum edilməsini istəyib.
Məhkəmə müşavirəyə gedib. Müşavirədən sonra hökm oxuyub.
Hökmə əsasən, təqsirləndirilən şəxs 5 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Cəmaləddin Cəfərov Cinayət Məcəlləsinin 216-cı (Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham olunur.