AZ

Luka Modriç Avropanın ən yaşlı qolçusu oldu

Xorvatiya yığmasının və Madrid “Real”ının veteran mərkəz yarımmüdafiəçisi Luka Modriç “qocamanlıq” rekordu ilə gündəmə gəlib.

Arena.az məlumat verir ki, Modriç buna 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının (DÇ-2026) UEFA zonası üzrə seçmə mərhələsinin “L” qrupunun 4-cü turu çərçivəsində keçirilmiş Xorvatiya – Çexiya matçında nail olub.

Təcrübəli futbolçu ev oyununda komandasının 5:1 hesablı qələbəsinə qol və məhsuldar ötürmə ilə töhfəsini verib.

“R10 Score” dərgisinin məlumatına görə, Modriç dünya çempionatının təsnifat mərhələlərində qol vurmuş ən yaşlı avropalı oyunçu ünvanına sahib olub. Oyun günü Modriç 39 yaş 9 aylığında olub.

Xatırladaq ki, əvvəlki rekord bosniyalı mərkəz hücumçusu Edin Dzekoya məxsus idi – 39 yaş, 2 ay, 12 gün.

Luka Modriç hazırda kapitanı olduğu, 2006-cı ilin mart ayında debüt etdiyi Xorvartiya yığmasının heyətində 188 oyuna çıxıb. O, bu oyunlarda 28 qol vurub, 30 məhsuldar ötürmə verib. Modriçin yığma komandadakı oyun sayı milli rekorddur.

Seçilən
40
arena.az

1Mənbələr