AZ

Azərbaycanlı şair Astanada Qran-Pri nominasiyasına layiq görüldü

Qazaxıstanın paytaxtı Astana şəhərində İslam fəlsəfəsinin banisi, tibb və musiqi elmlərinə misilsiz töhfələr bəxş etmiş Əl- Fərabinin anadan olmasının 1155 illiyinə həsr olunmuş “Ədəbi Asiya” – III Beynəlxalq Ədəbiyyat Müsabiqəsi keçirilib.

Publika.az xəbər verir ki, müsabiqənin poeziya üzrə Qran-Pri nominasiyasına Azərbaycan Respublikasından şair Vasif Süleyman layiq görülüb.

Vasif Süleyman 1965-ci ildə Şəmkir rayonunun Dəllər qəsəbəsində anadan olub. Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb.

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” və Şahmar Əkbərzadə adına mükafatların laureatı, üç kitab müəllifidir.

Seçilən
119
24
publika.az

10Mənbələr