Bu gün Baş nazir Əli Əsədov Özbəkistan Respublikasına rəsmi səfər edib.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Nazirlər Kabinetindən xəbər verilib.
Daşkənd Beynəlxalq Hava Limanında Ə.Əsədovu Özbəkistan Respublikası Baş nazirinin müavini Cəmşid Kuçkarov və digər rəsmi şəxslər qarşılayıblar.