İordaniya Kraliçası Rania evlilik ildönümləri münasibətilə həyat yoldaşı Kral II Abdullahla səmimi fotosunu paylaşıb.
“Qafqazinfo” xəbər verir ki, o, instaqram hesabındakı paylaşımında bu sözləri yazıb:
“Bütün ölkə sənə arxalandığı halda mən sənin ürəyinə necə söykənməyim?! Hər zaman mənim dəstəyim və tərəfdaşımsan.
Həmişə mənim evim olacaqsan. Xoşbəxt illərə...”
Qeyd edək ki, cütlük 1993-cü ildə ailə həyatı qurub, Hüseyn bin Abdullah, Səlma bint Abdullah, Haşim ibn Abdullah, İman bint Abdullah adlı 4 övladı var.










