AZ

Pəhrizin yarada biləcəyi fəsadlar nələrdir?

Bir çox insan sağlam görünmək, arıqlamaq və ideal bədən quruluşuna sahib olmaq arzusu ilə müxtəlif üsullara əl atır. Bu üsullardan biri də pəhrizdir. 

Sosial şəbəkələrdə, internet saytlarında və qeyri-peşəkar mənbələrdə yayılan pəhrizlər isə insanların tez-tez həkim və ya dietoloq məsləhəti almadan, özbaşına pəhriz saxlamasına səbəb olur. Ancaq bu cür yanaşmanın ciddi sağlamlıq problemlərinə yol açdığını unutmamaq lazımdır.

Özbaşına pəhriz zamanı qəbul etdiyimiz qidaların ziyanı nədir?

Mövzu ilə bağlı qida eksperti Məhsəti Hüseynova Operativ Media-ya açıqlama verib.

Ekspert bildirir ki, düzgün şəkildə tətbiq olunmayan pəhriz ciddi xəstəliklərə səbəb ola bilər:

“Nəzərə almaq lazımdır ki, hər bir insanın yaşına, cinsinə, çəkisinə, yaşadığı coğrafiyaya, xüsusilə də fəsilə görə qidalanma rejimi fərqli olur. Bir çox hallarda insanlar çəki almaq və çəki vermək üçün kor-koranə öz sağlamlıq vəziyyətlərini dəyərləndirmədən qidalanma rejimi tətbiq edirlər. Əgər bu düzgün şəkildə tətbiq olunmasa ciddi xəstəliklərə səbəb ola bilər. Bəzən internetdən hər hansı bir mənşəyi bəlli olmayan yerdən qısa müddətdə çəki almağa və ya verməyə kömək olacağını eşitdikdə, özləri haqqında məlumatı bilmədən orqanizmdə ciddi fəsadlar yarana bilər. Belə ki, əgər monoton qidalardan istifadə edirlərsə bu zaman vitamin və mineral çatışmazlığı ilə üzləşə bilərlərlər. Və yaxud da son zamanların dəbdə olan detoks içkiləri var ki, düzgün şəkildə istifadə olunmasa, normadan artıq istifadə olunsa bu zaman həzm sisteminin pozulması, bağırsaq mikroflorasının funksiyasının pozulması və gələcəkdə ishala meyillilik və eyni zamanda ishal və qəbzliyin bir-birini əvəz edərək hərəkətliliyin pozulmasına gətirib çıxara bilər. 
Bəzən olur ki, bir qidanı tamamilə rasiondan çıxarıllar və bu qidanın verdiyi vitaminlərin çatışmazlığına gətirib çıxara bilər ki, bu da orqanizmin funksiyasının pozulmasına və ciddi sağlamlıq problemlərinə gətirib çıxara bilər.
Lakin peşakarlarla, dietoloqlarla, həkimlərlə məsləhətləşərək hər hansı bir problem aradan qaldırmaq üçün tətbiq olunan qida vərdişləri fərdin sağlamlıq dərəcəsini düşünərək ona uyğun kalori miqdarının hesablanması, qidaların müxtəlif çeşidliliyinin təmin olunması və eyni zamandada yaxşı olar ki, hər bir insan, xüsusilədə sağlamdırsa elə bir qidalanma rejimi, bu rejimin içərisinə daxil etdiyi qidalar elə qidalar olmalıdır ki, əlçatan, yerli, mövsümi və ömür boyu qəbul etdiyi qidalardan olsun”.

Seçilən
80
operativmedia.az

1Mənbələr