AZ

Bruno Kal: Rusiya üç keçmiş sovet ölkəsində təxribat törədə bilər

BAKI, 10 iyun. TELEQRAF

“Rusiya Baltikyanı ölkələrdə 2014-cü ildə Krımı (Ukrayna) ilhaq etmək əməliyyatına bənzər, “rusdilli əhalinin müdafiəsi” adı altında təxribat törədə bilər”.

Teleqraf xəbər verir ki, bunu Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) direktoru Bruno Kal deyib.

Onun sözlərinə görə, söhbət irimiqyaslı raket və artilleriya hücumundan getmir: “Rusiyanın Estoniyaya guya rusdilli azlığı qorumaq üçün “yaşıl adamlar” (2014-cü ildə ilhaqdan əvvəl Rusiyadan Krıma gizli yolla göndərilmiş hərbçilər - red.) göndərməsi kifayətdir”.

B.Kal vurğulayıb ki, Rusiya Prezidenti Vladimir Putin bu yolla NATO-nun öz müttəfiqlərini qorumaq əzmini sınamağa çalışacaq.

Qeyd edək ki, Baltikyanı ölkələrə keçmiş sovet respublikaları Estoniya, Latviya və Litva daxildir.

Seçilən
54
teleqraf.com

1Mənbələr