Keçmiş futbolçu Devid Bekhemin oğlu Romeonun yeni sevgilisi var.
BAKU.WS xəbər verir ki, 22 yaşlı Romeonun almaniyalı, 30 yaşlı model Karolin Daurla eşq yaşadığı ortaya çıxıb.
Cütlük iştirak etdiyi qonaqlıqdan birlikdə çıxarkən kameralara tuş gəlib.
Daha sonra paparazziləri görən Karolinlə Romeo sürətli şəkildə eyni avtomobilə minərək məkandan uzaqlaşıblar.
Romeo keçmiş sevgilisi Kim Törnbulldan bir neçə ay əvvəl ayrılıb.
Məşhur ailəyə yaxın mənbələrin yaydığı məlumata əsasən, Bruklin qardaşı Romeonun Kim Törnbulla olan sevgili münasibətini dəstəkləmirmiş. Sevgilisinin Romeoya yaraşmadığını qeyd edibmiş.