BAKI, 10 iyun. TELEQRAF
I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat başa çatıb.
Teleqraf Dövlət İmtahan Mərkəzinin məlumatlarına əsasən xəbər verir ki, ll cəhd imtahanında iştirak üçün 131019 abituriyent qeydiyyatdan keçib.
Onlardan 119069 nəfəri Azərbaycan bölməsi, 11950 nəfəri isə Rus bölməsi üzrədir.
Bütün qruplar üzrə bu rəqəm 71129 nəfər təşkil edir. Onlardan 63702 nəfəri Azərbaycan, 7427 nəfəri isə Rus bölməsidir.
I ixtisas qrupu üzrə ümumilikdə 24033 olub. Onlardan 21537 nəfər Azərbaycan bölməsi, 2496 nəfər rus bölməsidir.
II ixtisas qrupu üzrə ümumilikdə 18006 şəxsdir, Azərbaycan bölməsi üzrə 16414, rus bölməsi üzrə isə 1592-dir.
III ixtisas qrupu üzrə ümumilikdə 23459-dur. Azərbaycan bölməsi üzrə 21016, rus bölməsi üzrə isə 2443-dür.
IV ixtisas qrupu üzrə ümumilikdə 5631 nəfər təşkil edir, onlardan 4735-i Azərbaycan bölməsi, 896 nəfəri isə rus bölməsi üzrədir.
Statistik göstəricilərdən aydın olur ki, ən çox müraciət I ixtisas qrupuna olub.