AZ

Avstriyada məktəbdə atışma nəticəsində azı 11 nəfər ölüb

Atışma Qrats şəhərindəki məktəbdə baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Kronen Zeitung” qəzeti məlumat yayıb.

Portalın məlumatına görə, azı 11 nəfər həlak olub. Daha əvvəl 8 nəfərin öldüyü bildirilirdi.

“Kronen Zeitung”un məlumatına görə, qurbanların sayı “iki rəqəmli rəqəmə” çatıb.

Polis hadisə yerindədir, məktəb binasında axtarış və təxliyyə aparılır. Hüquq-mühafizə orqanlarından bildirilib ki, artıq təhlükə yoxdur.

Hücum edən şəxs ölü tapılıb.

Seçilən
110
4
ucnoqta.az

7Mənbələr