AZ

“PAŞA Holdinq”in sığorta şirkətlərinin rəhbərləri yerdəyişmə edib

"PAŞA Həyat Sığorta" və “PAŞA Sığorta” şirkətlərinin rəhbərləri yer dəyişib.

Məlumata görə, "PAŞA Həyat Sığorta" şirkətinin İdarə Heyətinin sədri Niyaz İsmayılov "PAŞA Sığorta" ASC-nin İdarə Heyətinin sədri seçilib. "PAŞA Sığorta"nın İdarə Heyətinin sədri Ülviyyə Cabbarova isə “PAŞA Həyat”ın İH-nin sədri təyin edilib.

Məlumata görə, bununla bağlı Azərbaycan Mərkəzi Bankı tərəfindən müvafiq icazə veriləcəyi gözlənilir.

Qeyd edək ki, Niyaz İsmayılov 2017-ci ilin fevral ayından “PAŞA Həyat Sığorta” şirkətində İdarə Heyətinin sədri vəzifəsini icra edir. Ülviyyə Cabbarova isə 2008-ci ildən “PAŞA Sığorta”da fəaliyyət göstərib, 2012-ci ildə isə sığorta şirkətininin İdarə Heyətinin sədri təyin edilmişdi.

© APA

Seçilən
54
1
marja.az

2Mənbələr