AZ

“Mərkəzi Asiya — Çin” Sammiti Astana Şəhərində Baş Tutacaq

BAKI, TurkicWorld

"Mərkəzi Asiya — Çin" sammiti 16-17 iyun tarixlərində Qazaxıstanın paytaxtı Astana şəhərində keçiriləcək.

TurkicWorld xəbər verir ki, bu barədə Qazaxıstanın Energetika Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Sammit çərçivəsində, Mərkəzi Asiya və Çin şirkətləri arasında sərmayə layihələrinin həyata keçirilməsi ilə bağlı sənədlərin imzalanması nəzərdə tutulur.

Qeyd edək ki, bu yaxınlarda 30 may tarixində Qazaxıstanın paytaxtı Astana şəhərində “Mərkəzi Asiya – İtaliya” sammiti keçirilib.

Sammitin əvvəlcə 2025-ci ilin aprel ayında keçirilməsi planlaşdırılıb. Lakin Papa Fransiskin aprelin 21-də vəfat etməsi səbəbindən İtaliya Baş nazirinin səfəri təxirə salındı. Yeni tarixlər may ayının sonlarına təyin edildi və sammit 30 mayda baş tutdu.

Sammitin yekununda qəbul edilən birgə bəyannamədə tərəflər iqtisadi əməkdaşlığın gücləndirilməsi, nəqliyyat infrastrukturunun inkişafı, ətraf mühitin qorunması, təhlükəsizlik sahəsində əməkdaşlığın artırılması və humanitar əlaqələrin genişləndirilməsi kimi əsas sahələrdə birgə fəaliyyətə sadiqliklərini ifadə ediblər .

Seçilən
71
turkic.world

1Mənbələr