AZ

Millimiz Gürcüstanla üz-üzə

Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət millimiz bu gün ikinci yoxlama görüşünü keçirəcək.

"Football-plus.az" xəbər verir ki, U-17 Gürcüstanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşacaq. Oyun saat 17.00-da başlayacaq.

Qeyd edək ki, millimiz iyunun 6-da Qəbələdə keçirdiyi ilk yoxlama oyununda Qazaxıstan seçməsi üzərində 2:0 hesablı qələbə qazanıb.

Seçilən
49
1
football-plus.az

2Mənbələr